AZ

Bakının mərkəzində acınacaqlı vəziyyət: Boru deşilib, su havaya fışqırır

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakının Səbail rayonunda su xətlərinin mövcud vəziyyəti sakinlərin narazılığına səbəb olub.

Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər şikayət ünvanlayıblar.

Yaşayış binalarının arasında yerləşən həyətdə çoxsaylı su borularının və müxtəlif kommunikasiya xətlərinin pərakəndə halda olduğu bildirilib. Sakinlər qeyd ediblər ki, borular köhnəlib, bəzi hissələrdə deşilib və su havaya fışqırır.

View this post on Instagram

Sakinlərin sözlərinə görə, bu vəziyyət həm təhlükə, həm də ərazidə yaşayan insanlar üçün ciddi narahatlıq yaradır.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ünvan üzrə araşdırma aparılıb:

"Qaldırılan məsələ ilə əlaqədar sözügedən ünvana yerində baxış keçirilib və müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən aidiyyəti üzrə rəsmi müraciət olunub. Əlavə olaraq qeyd edirik ki, həmin ünvanda söküntü işlərinin aparılması və ya sakinlərin kompensasiya məbləği əsasında köçürülməsi barədə hər hansı məlumat aşkar edilməyib".

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
oxu.az

1Mənbələr