Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə Bakıda kütləvi dava zamanı baş verən qətldə təqsirləndirilənlər - Süleymanov Mətləb, Dəyanət Məhərrəmov, Abbasov Ələkbər, Abbasov Samirin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib.
Şahid F.M. təqsirləndirilən şəxslərdən Samir Abbasovu tanıdığını bildirib:
"Leyla mənə yazdı, görüşüb birlikdə "28 may"a getdik. Leyla Samirlə sevgiliydi, aralarında küslük var idi, amma mən bunun səbəbini bilmirdim. Çatanda mən hər ikisindən aralanıb Samirlə Leylanı tək qoydum. Bir qədər sonra həmin yerə yaxınlaşanda Samir tək oturmuşdu, Leyla yox idi.
Samirdən Leylanın harada olduğunu soruşanda artıq onun getdiyini dedi. Təəccübləndim ki, Leyla məni necə qoyub gedib, axı biz birlikdə gəlmişdik, birlikdə də qayıtmalı idik. Ona nə qədər zəng etdim, açmadı. Təkidli zənglərimdən sonra nəhayət ki, telefonunu açdı və artıq getdiyini dedi. Leylaya olduğu yerdə, məni gözləməsini dedim. Görüşüb birlikdə getməyə başladıq. Bir qədər getmişdik ki, Samir qabağımıza çıxdı. Hər ikisi arasında möhkəm mübahisə başladı.
Samir söyüş söyə-söyə Leylanın saçından tutub sürüyürdü, Leyla da qışqırıb ağlayaraq onu buraxmasını deyirdi. Mən də Samiri tutmağa çalışıb yalvardım ki eləməsin. Elə bu zaman bir maşın gəldi. İçindən neçə oğlan düşdü, xatırlamıram. Mən Leylanı götürüb oradan uzaqlaşdım. Ondan davanın səbəbini soruşanda, Leyla bədənindəki göyərmələri mənə göstərdi. Biz sonradan ölüm hadisəsindən xəbər tutmuşuq".
Təqsirləndirilən Samir Abbasov şahidin ifadəsini qəbul etmədiyini, xəsarət və şiddətin olmadığını deyərək, Leyla ilə ancaq sözləşdiklərini bildirib.
Növbəti proses şahid ifadələrinin dinlənilməsi üçün aprelin 13-ü, saat 16:30-a təyin olunub.
Xatırladaq ki, 2025-ci il iyunun 18-də Mərdəkan çimərliyində kütləvi dava zamanı Süleymanov Mətləb tanışları Adil adlı şəxsi bıçaqlayaraq qətlə yetirib. Hadisə ilə bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanıb, Süleymanov Mətləb Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə təqsirləndirilərək həbs olunub, hadisə yerində olan Abbasov Ələkbər, Məhərrəmov Dəyanət, Abbasov Samir isə Cinayət Məcəlləsinin 221.2.1, 221.3 maddələri ilə barələrində həbs olmayan qətimkan tədbiri seçilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.