AZ

İcbari tibbi sığorta DSMF-yə verilir – vətəndaşlar üçün yeni imkanlar

İcbari tibbi sığorta sisteminin idarəetmə modelində mümkün dəyişikliklər son dövrlər ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Qurumun gələcəkdə Dövlət Sosial Müdafiə Fondunun nəzdinə verilməsi ehtimalı səhiyyə və sosial təminat sistemləri arasında koordinasiyanın güclənməsi məsələsini gündəmə gətirir. 

Mövzu ilə bağlı Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlama verib.

Tibbi İcbari Sığorta Agentliyinin Dövlət Sosial Müdafiə Fondunun tərkibinə verilməsi vətəndaşların tibbi xidmətlərə çıxışını daha da genişləndirə bilər. Bu barədə Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva bildirib.

Zülfiyyə Nuriyeva bildirib ki, bu addım əhali üçün mühüm imkanlar yaradır və sosial sahədə göstərilən xidmətlərin daha səmərəli təşkilinə şərait yaradır. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaş yönümlü xidmətlər artıq uzun müddətdir yüksək səviyyədə həyata keçirilir və əhali də bu xidmətlərdən razılıq ifadə edir.

Z.Nuriyevanın sözlərinə görə, icbari tibbi sığortanın Dövlət Sosial Müdafiə Fondunun tərkibinə keçirilməsi vətəndaşların bu sistemdən daha geniş şəkildə yararlanmasına imkan verəcək. O qeyd edib ki, əvvəlki dövrlərdə bəzi vətəndaşlar icbari tibbi sığorta ilə bağlı çətinliklərlə üzləşir, lazımi tibbi xidmətləri almaqda problemlər yaşayırdılar.

Sədr vurğulayıb ki, yeni dəyişikliklərdən sonra tibbi xidmətlərin daha əlçatan və operativ şəkildə təqdim olunacağı gözlənilir.
“İcbari tibbi sığortanın Dövlət Sosial Müdafiə Fondunun tərkibinə keçirilməsi hər bir vətəndaşın bu sistemdən tam hüquqla yararlanması üçün yeni imkanlar yaradır”.

Onun fikrincə, bu qərar sosial xidmətlərin vahid sistemdə idarə olunmasına və vətəndaşların xidmətlərdən daha rahat istifadə etməsinə şərait yaradacaq.
“Tibbi sığortanın Dövlət Sosial Müdafiə Fonduna verilməsi vətəndaşların səhiyyə xidmətlərindən istifadə imkanlarını genişləndirən çox uğurlu addımdır” – deyə Zülfiyyə Nuriyeva əlavə edib.

Fatimə Nəbiyeva

Seçilən
38
qht.az

1Mənbələr