AZ

Starmer Hörmüzdə gəmiçiliyin bərpasını çətin vəzifə adlandırıb

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“London Hörmüz boğazında gəmilərin azad hərəkətini bərpa etmək üçün tərəfdaşları ilə birgə işləyir, lakin bu, çətin bir vəzifədir".

525.az xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Kir Starmer jurnalistlərə bildirib.

O deyib ki, bazarlarda sabitliyi təmin etmək üçün Hörmüz boğazı yenidən açılmalıdır.

Baş nazir hesab edir ki, ABŞ-ın əməliyyatı İrandakı rejimin hərbi imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib. Lakin münaqişə bitdikdən sonra İranın nüvə proqramını bərpa etmək və beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək qabiliyyətini məhdudlaşdırmaq üçün razılaşma tələb olunacaq.

Starmerin sözlərinə görə, Böyük Britaniyanın aydın və dəyişməz məqsədləri var və əsas prioritet bölgədəki vətəndaşları qorumaqdır. Britaniya vəziyyətin tez bir zamanda nizamlanması üçün çalışmağa davam edəcək.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
525.az

1Mənbələr