AZ

Alpinistlər Everest zirvəsindən enərkən zibil daşımalı olacaqlar

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 16 mart, AZƏRTAC

Everest dağını fəth etməyə çalışan alpinistlər bundan sonra 2-ci düşərgədən hündürdə yerləşən ərazilərdən azı 2 kiloqram zibil çıxarmalı olacaqlar.

AZƏRTAC xəbər verir ki, “The Himalayan Times” qəzetinin məlumatına görə, Nepal hakimiyyəti tərəfindən tətbiq edilən bu qayda dünyanın ən yüksək zirvəsində tullantıların idarə olunması tədbirlərini nəzərdə tutur.

Alpinistlər ekspedisiyaları başa çatdıqdan sonra Everest Baza Düşərgəsinə 8 kiloqram tullantı təhvil verməlidirlər. Zirvəyə yaxınlaşan alpinistlər isə ən yüksək ərazilərdən əlavə olaraq 2 kiloqram tullantı toplamalıdırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
2
azertag.az

3Mənbələr