İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə və ABŞ-nin bölgədəki bazalarına qarşı "Gerçək vəd 4" əməliyyatının 56-cı dalğasını həyata keçirib.
"Report" xəbər verir ki, bu barədə SEPAH-a istinadən "Khabar Fouri" məlumat yayıb.
Bildirilib ki, hücum zamanı "Xürrəmşəhr", "İmad" və "Qədr" raketlərindən istifadə olunub. "SEPAH-ın pilotsuz uçuş aparatları (PUA) bölməsi isə Ərbildəki əksinqilabi qruplaşmaların mövqelərini hücuma məruz qoyub",- məlumatda bildirilib.