AZ

Ramazanın iyirmi yeddinci gününün - imsak, iftar vaxtı və duası

Sabah Ramazan ayının iyirmi yeddinci günüdür.

“Yeni Sabah” xəbər verir ki, Ramazan təqviminə əsasən, martın 17-si Bakıda imsak vaxtı saat 05:23, iftar isə 19:04-ə təyin olunub.

Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:

Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Goranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9

İftardan qabaq oxunan dua:

İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!

İyirmi yeddinci günün duası:

“İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et. Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt. Üzrümü qəbul et, günah yükünü üstümdən götür. Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!”

Allah orucunuzu qəbul eləsin!


Telegram kanalımız
Seçilən
72
49
yenisabah.az

10Mənbələr