Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Qlobal və regional gərginliyin yüksəldiyi, iqtisadi göstəricilərin qeyri-müəyyən qaldığı bir dövrdə vətəndaşların kredit götürməsi maliyyə baxımından müəyyən risklər daşıyır. Belə şəraitdə faiz dərəcələrinin dəyişməsi, inflyasiya, valyuta məzənnələrinin sabit olmaması və gəlir mənbələrinin etibarlılığı diqqətlə nəzərə alınmalıdır. Borc öhdəliyi altına girmədən öncə şəxsi büdcənin real vəziyyəti, ödəniş qabiliyyəti və gözlənilməz xərclər üçün ehtiyat fondunun mövcudluğu qiymətləndirilməlidir.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, qlobal dünyada müharibələr, qeyri-müəyyənlik və stabilliyin pozulması kimi hallar əsasən neft qiymətlərinə öz təsirini göstərir. "Proqnozlarda neftin qiymətinin artması gözlənilir və bu, Azərbaycanın büdcəsində əsas gəlirlərin neftdən asılı olduğunu nəzərə alsaq, ölkəmiz üçün həm faydalı, həm də nisbətən az riskli vəziyyət yaradır. Hazırda neftin qiymətinin yüksək olması devalvasiya riskini də azaldır. Eyni zamanda, banklarda kredit və depozit portfeli manatla idarə olunduğu üçün bu, ölkəni valyuta risklərindən qoruyur. Bu səbəbdən hər hansı bir risklərin ortaya çıxacağı gözlənilmir. Kredit və depozit portfeli manatda stabil idarə olunduğundan məzənnə dəyişiklikləri problem yaratmır".Ekspert bildirib ki, uzunmüddətli kreditlərdə, xüsusilə 36 və 60 aylıq müddətli kreditlərdə müəyyən risklər nəzərə alınır. "Lakin hazırkı vəziyyətdə, neftin qiymətinin yüksək olması və kredit portfelinin manatla olması fonunda xüsusi risklər proqnozlaşdırılmır. Bazardakı mövcud vəziyyət ölkənin əlinə oyun verir: büdcə gəlirləri artdıqca ölkəyə daha çox vəsait daxil olur və bu da gələcəkdə kredit faizlərinin azalmasına dəstək ola bilər. Uzunmüddətli proqnozlarda isə strateji qərarlar qəbul edilərkən risk iştahı, satış məqsədləri, ölkə və qlobal miqyasda baş verə biləcək dəyişikliklər nəzərə alınır. Bu, 36, 60 və hətta 120 aylıq kreditlər üçün xüsusi hesablamalar, strateji proqnozlar və daha ciddi analizlər tələb edir".Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.