AZ

“Özüm cəzalandıracam” – Aparıcı ilə bloger arasında dava qızışdı – VİDEO

Xəbər verdiyimiz kimi, bloger Sevinc Hüseynova ilə aparıcı Səidə Bəkirqızı arasında qalmaqal yaşanıb.

NOCOMMENT.az xəbər verir ki, Blogerin aparıcının ünvanına dediyi sərt ifadələr və ittihamlardan sonra S. Bəkirqızı ona cavab verib.

Belə ki, S. Bəkirqızı özünün “Bax da” adlı “YouTube” kanalında bildirib ki, şərəfinə və ləyaqətinə toxunanlara qarşı rəsmi müraciət edəcək:

“Bəziləri sosial şəbəkədə insanları təhqir edir. Amma bizim 5 milyon polisimiz yoxdur ki, onların hamısına qarşı addım atsın. Siz hələ ki, bu fürsətdən istifadə edirsiniz. Amma unutmayın, məsuliyyətdən qaça bilməyəcəksiniz.

Kim mənim şərəfimə, ləyaqətimə toxunub və elə bilir ki, onlara toxunulmayacaq, bu adamlarla bağlı rəsmi müraciət edəcəyəm. Arxanızda kim olmasından asılı olmayaraq cavab verəcəksiniz.

Mən Rəqsanə İsmaylovanı bağışlamadım, onu övladına qurban etdim, çünki bir uşağın vəziyyətinin pisləşməsinə və xəstəliyinin ağırlaşmasına göz yuma bilməzdim. Mən bir uşağın qatili ola bilməzdim…

Sizə xəbərdarlıq edirəm. Mən sizin kimi müxalif çıxışlar etməmişəm, ən səviyyəli ailələrə dil uzatmamışam və sizin getdiyiniz yerlərə getməmişəm. Mənə sizlə bağlı video və fotolar göndəriblər. Efirə dəvət olunursuz, bir şəkil paylaşsam, bütün reputasiyanız məhv olar.

Mən Rəqsanə İsmaylovanı övladına qurban etdim, bu o demək deyil ki, başqasını da edəcəm. Humanistlik bir dəfə olar.

Dediniz ki, bu işin sonunda ölüm də varsa, gedəcəm. Mən də deyirəm, bu işin sonunda ölüm də olsa, gedəcəm. Cəzanızı hüquq mühafizə orqanı verməsə belə, şəxsən özüm sizi cəzalandıracağam”. /bakupost.az/

Seçilən
2
5
nocomment.az

6Mənbələr