Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Abraham Lincoln” aviadaşıyıcısı “Epik Qəzəb” əməliyyatı çərçivəsində İran hədəflərinə qarşı fasiləsiz zərbələr endirməyə davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) ivrit dilindəki rəsmi səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, İran sahilləri yaxınlığında lövbər salan nəhəng gəmi və onun göyərtəsindəki aviasiya qrupu gecə-gündüz fəaliyyət göstərərək hədəflərə qarşı dayanmadan hücum dalğaları həyata keçirir.
Qeyd edək ki, “Epik Qəzəb” əməliyyatı fevralın 28-dən etibarən İranın hərbi infrastrukturunu, raket obyektlərini və SEPAH-ın bazalarını məhv etmək məqsədilə başladılıb. Tehran tərəfi bir neçə dəfə “Abraham Lincoln” gəmisini hədəf aldıqlarını iddia etsə də, CENTCOM həmin xəbərləri təkzib edərək aviadaşıyıcının tam döyüş hazırlığında olduğunu və tapşırıqları icra etdiyini bəyan edib.
Bildirək ki, hazırda gəmidəki F/A-18 “Super Hornet” qırıcıları və digər döyüş təyyarələri bölgədə ABŞ-nin hava üstünlüyünü təmin etmək üçün intensiv uçuşlar həyata keçirir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.