AZ

Günəşdə güclü partlayış: Yerə təsiri ola bilər

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Martın 16-da Günəş səthində yüksək güc sinfinə aid növbəti alovlanma qeydə alınıb.Demokrat.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.Məlumata görə, martın 16-da Bakı vaxtı ilə saat 16:15-də 4392 nömrəli günəş ləkəsi qrupunda (S14E19) rentgen spektrində M2.8 dərəcəli və 32 dəqiqə davam edən alovlanma müşahidə edilib.Günəşdə baş verən alovlanmalar rentgen şüalanmasının intensivliyinə görə A, B, C, M və X olmaqla beş kateqoriyaya bölünür. Ən aşağı səviyyə olan A0.0 sinfi Yer orbitində hər kvadratmetr üçün 10 nVt radiasiya gücünə bərabər hesab olunur. Hər növbəti hərf mərhələsinə keçid şüalanma gücünün təxminən on dəfə artması deməkdir.Belə təbiət hadisələri zamanı Günəşdən atılan plazma buludları planetimizə çatarsa, Yer kürəsində geomaqnit fırtınaları yarana bilər.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
3
demokrat.az

4Mənbələr