Bakı. Trend:
Astronomlar səthi ərimiş lava ilə örtülü olan yeni tip planetaşkar ediblər.
Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, "L98-59d" adlandırılan bu planet Yer kürəsindəntəxminən 1,6 dəfə böyükdür və 35 işıq ili uzaqlıqda yerləşənqırmızı ulduzun ətrafında dövr edir.
Araşdırmalara görə, planetin səth temperaturu təxminən 1900°C-əçatır və səthinin böyük hissəsi maqma okeanı ilə örtülüb. Alimlərplanetin atmosferində hidrogen sulfid qazının çox olduğunu vəşəraitin həyat üçün əlverişli olmadığını bildirirlər.
Tədqiqatçılar hesab edir ki, bu tip ərimiş planetlər kainatdadüşündüyümüzdən daha çox ola bilər. Müşahidələr əsasən Ceyms Vebbkosmik teleskopunun məlumatları əsasında aparılıb.