AZ

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

Martın 16-da Azərbaycan Respublikasının maliyyə naziri, QaraDəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycan üzrə rəhbəriSahil Babayev ölkəmizdə səfərdə olan QDTİB-nin prezidenti SerhatKöksalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend xəbər verir ki, bubarədə Maliyyə Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan ilə QDTİB arasında əməkdaşlığın mövcudvəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Nazir Sahil Babayev Bankın Azərbaycanın iqtisadi inkişafına vəQara dəniz regionunda iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinəverdiyi töhfələri yüksək qiymətləndirib. Azərbaycanın QDTİB-nintəsisçi üzvlərindən biri kimi Bankın gələcək inkişafınıdəstəklədiyini bildirən nazir qeyd edib ki, Bank fəaliyyətəbaşladığı vaxtdan etibarən Azərbaycanda maliyyələşdirdiyilayihələrlə ölkədə özəl sektorun inkişafına və maliyyə sektorunungücləndirilməsinə töhfə verib.

Eyni zamanda bildirilib ki, QDTİB Azərbaycanda yerli valyutadaistiqraz buraxan ilk beynəlxalq maliyyə institutu olub və Bank özəlsektorun maliyyələşdirilməsini dəstəkləmək məqsədilə 2019-cu ildəBakı Fond Birjasında korporativ istiqrazlar yerləşdirib.

Görüşdə Azərbaycanın QDTİB Rəhbərlər Şurasına hazırki sədrliyidə diqqət mərkəzində olub, Bankın 2026-cı ilin iyul ayında Bakıdakeçiriləcək növbəti illik toplantısının regional maliyyəəməkdaşlığının daha da möhkəmləndirilməsi baxımından mühümplatforma olacağı vurğulanıb.

Öz növbəsində, S.Köksal Azərbaycan ilə əməkdaşlığın Bank üçünmühüm əhəmiyyət daşıdığını bildirərək ölkəmizdə həyata keçiriləniqtisadi islahatların və formalaşdırılmış əlverişli investisiyamühitinin beynəlxalq maliyyə institutları üçün yeni imkanlaryaratdığını bildirib. O, gələcək əməkdaşlıq çərçivəsində özəlsektorun inkişafının maliyyələşdirilməsi, kiçik və orta biznesin vəmaliyyə institutlarının dəstəklənməsi, regional ticarətin vənəqliyyat-logistika bağlantısının təşviqi, həmçinin dayanıqlıinkişaf və iqtisadi şaxələndirmə ilə bağlı layihələrindəstəklənməsi istiqamətlərində əməkdaşlığın genişləndirilməsindəmaraqlı olduqlarını ifadə edib.

Görüş zamanı həmçinin, Bankın abunə kapitalının artırılmasıprosesində Azərbaycanın iştirakı, Bankın idarəetmə strukturunda üzvölkələrin balanslaşdırılmış coğrafi təmsilçiliyinin təmin olunması,eləcə də tərəflər üçün qarşılıqlı maraq doğuran digər məsələlərətrafında geniş fikir mübadiləsi aparılıb.

Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarasımaliyyə kredit təşkilatıdır. QDTİB iqtisadi inkişafı və regionaləməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlardalayihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması,investisiyaların və zəmanətlərin verilməsində və ticarətinmaliyyələşdirilməsində iştirak edir.

Məqalədə:
Seçilən
49
5
az.trend.az

6Mənbələr