AZ

ABŞ Ordusu 12 ölkənin adını açıqladı – Siyahıda Azərbaycan da var

ABŞ Silahlı Qüvvələri İranda “Epik Qəzəb” hərbi əməliyyatlarını davam etdirir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının açıqlamasında bildirilib.

Qeyd olunub ki, ABŞ qüvvələri ötən sutka ərzində Xarq adasında 90-dan çox hərbi hədəfi (dəniz minaları, raketlər anbarlarını və digər hərbi infrastruktur) dəqiq zərbələrlə məhv edib.

ABŞ Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının pilotları indiyə qədər 6 mindən çox döyüş uçuşu həyata keçiriblər. Əməliyyatın əsas məqsədi İranın ballistik raketləri, PUA və dənizdəki təhdidlərini məhv etməkdir.

Komandanlığın məlumatına görə, bu müddət ərzində İrana məxsus 100-dən çox hərbi gəmi də zərərsizləşdirilib.

CENTCOM həmçinin bəyan edib ki, son iki həftə ərzində İran Oman, Səudiyyə Ərəbistanı, İsrail, İordaniya, Kipr, Türkiyə, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İraq, Küveyt və Bəhreyn də daxil olmaqla, müxtəlif ölkələrə 300-dən çox hücum həyata keçirib və mülki obyektləri hədəf alıb.

Bundan əlavə, ABŞ Ordusunun Mərkəzi Komandanlığı vurğulayıb ki, son günlər İran Təl-Əviv şəhərində mülki məhəllələrə kaset bombaları ilə zərbələr endirib. Vaşinqton Tehranın bu addımlarını qınayıb./teleqraf

Seçilən
5
10
nocomment.az

10Mənbələr