AZ

“Liverpul” yenə son dəqiqədə xal itirdi

İngiltərənin "Liverpul" klubu növbəti dəfə son dəqiqələrdə buraxdığı qol səbəbindən xal itirib.

Fanat.Az xəbər verir ki, “Tottenhem”lə oyunda uzatma dəqiqələrində buraxılan qol “qırmızılar”ın qələbə qazanmasına mane olub.

Maraqlıdır ki, “Liverpul” bu mövsüm artıq 8-ci dəfə 90-cı dəqiqədən sonra buraxdığı qola görə xal itirib. Komanda daha əvvəl "Kristal Pelas", "Çelsi", "Lids Yunayted", "Fulhem", "Bornmut", "Mançester Siti" və "Vulverhempton" ilə matçlarda da eyni problemlə üzləşib.

Son olaraq isə "Tottenhem" qarşısında 90-cı dəqiqədə buraxılan qol komandaya baha başa gəlib.

Seçilən
1
1
fanat.az

2Mənbələr