AZ

Mahir: “Cəmi 5 dəqiqəyə özümü sübut etməyə çalışıram"

Azərbaycan millisinin və "Kayzerslautern"in futbolçusu Mahir Emreli 8 ay sonra vurduğu ilk qol haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu 2-ci Bundesliqanın “Karlsrue” ilə görüşündə fərqlənib.

Millimizin üzvü qarşılaşmanın 83-cü dəqiqəsində meydana daxil olub və 90+4-cü dəqiqədə komandasının üçüncü qolunu vurub. Bu, onun "Kayzerslautern"in heyətində 2-ci Bundesliqada ilk qolu olub.

Emreli matçdan sonra treffpunkt-betze.de-yə açıqlamasında belə bir oyunda qol vurduğu üçün xoşbəxt olduğunu deyib:

"Bu gün mənim üçün xüsusi oldu. Çünki son bir neçə ay çətin bir dövr idi.

Belə bir oyunda, fantastik bir atmosferdə ilk qolumu vurmaq məni çox xoşbəxt edir. Xüsusən də zədə səbəbindən uzunmüddətlifasilədən sonra.

Azarkeşlər çoxlu mesaj göndərdilər və mənə inandıqlarını göstərdilər. Derbi atmosferi digər oyunlardakından fərqlidir".

O, baş məşqçi Torsten Lieberxnextlə münasibətindən də söz açıb:

"Məşqçi ilə yaxşı münasibətim var. Zədəli olanda komandadan bir az uzaqlaşırsan.

Mən ondan daha çox oyun vaxtı qazanmaq üçün nə edə biləcəyimi soruşdum. O, məşqlərimdən razıdır.

Cəmi 5 dəqiqə oynasam belə, əlimdən gələni edirəm və özümü sübut etməyə çalışıram".

Emreli son dəfə bu mövsüm - ötən ilin avqust ayında Almaniya kubokunda "Kayzerslautern"in 1 qolunun müəllifi olmuşdu.

Seçilən
35
sportinfo.az

1Mənbələr