"Sabah"ın müdafiəçisi Rəhman Daşdəmirov mövsümün sonu klubunu dəyişə bilər.
Müdafiəçinin xidmətində "Sumqayıt" maraqlıdır.
"Kimyaçılar" istəyini qarşı tərəfə bildirib.
Amma "tələbələr" yekun qərar verməyib.
Millimizin üzvü mövsümə əsas heyət üzvü kimi başlasa da, ötən ilin sonlarından ehtiyat skamiyanın daimi sakininə çevrilib.
Valdas Dambrauskas "5 nömrə"yə əsas heyət oyunçusu kimi güvənmir.
Mərkəz müdafiəçisi üçü ölkə kubokunda olmaqla meydana çıxdığı 18 matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ