Respublikaçılar Partiyasının kulislərində dövlət katibi Marko Rubionun 2028-ci ildə prezidentliyə namizədliyinin irəli sürülməsi müzakirə olunmağa başlayıb.
NOCOMMENT.az xəbər verir ki, “ABC News”un məlumatına görə, iri donorlar və partiya elitası “Rubionu seç” hərəkatını vitse-prezident Cey Di Vensə real alternativ kimi nəzərdən keçirirlər.
Rubionun partiya daxilindəki reytinqi Trampın ikinci administrasiyasındakı fəal rolu fonunda kəskin şəkildə yüksəlib. O, xüsusilə İranla münaqişənin kəskinləşdiyi dövrdə böyük nüfuz qazanıb və şəxsən prezidentin təqdirinə layiq görülüb.
Cey Di Vensin hələ də yarışın rəsmi favoriti hesab edilməsinə baxmayaraq, ekspertlər qeyd edirlər ki, onun namizədliyinin qaçılmazlığına olan inam partiya daxilində zəifləməyə başlayıb. Rubionun mövqelərinin güclənməsi Trampın mirası uğrunda ciddi daxili rəqabət üçün zəmin yaradır.
Sara,
NOCOMMENT.az