AZ

Tramp: İqtisadiyyatı boğazdan asılı olan ölkələrə bizə kömək etmələri üçün çağırış edirik

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Vaşinqton, 16 mart, AZƏRTAC

Biz Hörmüz boğazında 30-dan çox mina yerləşdirmə gəmisi məhv etməklə İranın kommersiya gəmiçiliyini təhdid etmək qabiliyyətini məhdudlaşdırmışıq.

AZƏRTAC-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, İranın bütün mina yerləşdirmə gəmiləri məhv edilib.

“İqtisadiyyatı bizimkindən daha çox boğazdan asılı olan digər ölkələrə qətiyyətlə çağırış edirik. Bilirsiniz, biz neftimizin 1 faizdən azını boğazdan alırıq. Bəzi ölkələr isə daha çoxunu əldə edir. Ona görə də istəyirik ki, gəlib bizə kömək etsinlər”, - deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
2
azertag.az

4Mənbələr