AZ

Koçaryan baş nazir vəzifəsinə namizədliyini açıqladı

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “Ermənistan” blokundan baş nazirliyə namizəd olub.

Yeniavaz.com xəbər verir ki, namizədin adı Karen Dəmirçyan İdman və Konsert Kompleksində keçirilən mərasimdə açıqlanıb.

Tədbir qapalı qapılar arxasında keçirilib. Blokun kampaniya şüarı olan “Birlikdə bacarırıq” da elan edilib.

Qeyd edək ki, Ermənistanda növbəti seçkilər 7 iyun 2026-cı il tarixinə planlaşdırılıb. Hakim “Vətəndaş Müqaviləsi” Partiyası, iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” Partiyası, keçmiş ombudsman Arman Tatoyanın rəhbərlik etdiyi “Birlik Qanadları” siyasi təşəbbüsü və birinci prezident Levon Ter-Petrosyanın “Erməni Milli Konqresi” Partiyası iştirak edəcəklərini açıqlayıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
yeniavaz.com

1Mənbələr