AZ

Bu il QDTİB nin illik toplantısı Bakıda keçiriləcək

ain.az, 525.az portalına istinadən məlumat verir.

Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) növbəti illik toplantısı 2026-cı ilin iyul ayında Bakıda keçiriləcək.

525.az xəbər verir ki, bu məsələ Azərbaycanın maliyyə naziri Sahil Babayev ilə QDTİB-nin prezidenti Serhat Köksalın görüşündə müzakirə olunub.

Bildirilib ki, Azərbaycanın hazırda Bankın Rəhbərlər Şurasına sədrliyi çərçivəsində keçiriləcək illik toplantı regional maliyyə əməkdaşlığının genişləndirilməsi baxımından mühüm platforma olacaq.

Qeyd olunub ki, Bakıda baş tutacaq toplantıda üzv ölkələrin nümayəndələri regional investisiya layihələri, özəl sektorun maliyyələşdirilməsi və iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
4
525.az

5Mənbələr