AZ

Barselona danimarkalı müdafiəçiyə müqavilə təklif etdi

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Barselona" mövsümün sonunda müqaviləsi başa çatan Andreas Kristensenlə bağlı qərar verib. Sport24.az xəbər verir ki, İspaniya çempionu danimarkalı futbolçunu komandada saxlamaq istəyir.

Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Klub Kristensenə 2 illik müqavilə təklif edib. Yeni sözləşmədə 29 yaşlı mərkəz müdafiəçisinin hazırkı maaşının ikiqat azaldılması nəzərdə tutulub. Təcrübəli oyunçu təklifi qəbul etsə, komandada qalacaq.

Qeyd edək ki, Andreal Kristensen 2022-ci ilin yayında "Çelsi"dən ayrıldıqdan sonra azad agent statusu ilə "Barselona"ya keçib. Danimarka millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
1
sport24.az

3Mənbələr