AZ

Əlbir olaraq bir evdən tikinti materiallarını oğurladılar - TƏFƏRRÜATLARVİDEO

Gəncədə oğurluq edən yeniyetmələr məsuliyyətə cəlb olunublar.

Xezerxeber.az xəbər verir ki, keçirilən  tədbirlər nəticəsində şəhər ərazisində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan müxtəlif növ tikinti materiallarını oğurlamaqda şübhəli bilinən yeniyetmələr saxlanılıblar. Araşdırmalarla onların oğurladıqları tikinti materiallarını satdıqları və qazancı aralarında böldükləri məlum olub.

Tovuzda isə oğurluq edən və üzərində qanunsuz silah gəzdirən şəxslər saxlanılıblar. Rayon Polis Şöbəsinin əməkdaşlarının  keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 51 yaşlı Heydər Haqverdiyev saxlanılıb. Ondan tapança, həmin silaha aid sandıqca və 3 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon  ərazisində strateji obyektləri elektrik enerjisi ilə təmin edən naqilləri talamaqda şübhəli bilinən Faiq Kərimov, Nurlan İbrahimov və İlham Hüseynov saxılanılıblar. Onların naqilləri metal qəbulu məntəqələrinə satdıqları məlum olub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
45
xezerxeber.az

1Mənbələr