AZ

ABŞ-dan İran müharibəsi ilə bağlı Avropaya təhdid kimi xəbərdarlıq - tərəfinizi seçin!...



ABŞ və İran arasındakı gərginlik 17-ci gününə qədəm qoyarkən, Ağ Evin mətbuat katibi Karolin Livit NATO müttəfiqlərini konkret addımlar atmağa və Prezident Trampın İran rejiminə qarşı mübarizəsində ABŞ-ın yanında olmağa çağırıb.

Livit bildirib ki, Tramp son əlli ildə bir çox Amerika prezidentlərinin və dünya liderlərinin uzun müddətdir arzuladığı işi - İran təhdidini aradan qaldırmaq üçün nəhayət cəsarət qazanan ilk prezidentdir.

ABŞ-ın bölgədəki mövcudluğunun yalnız öz bazalarını qorumaqla məhdudlaşmadığını qeyd edən Livit müttəfiqlərinə çağırış edib: "İndi biz onlardan düzgün addım atmalarını istəyirik, onlardan öz tərəflərini seçmələrini istəyirik, çünki təkrar edirəm ki, ABŞ yalnız Yaxın Şərqdəki Amerika aktivlərini və bazalarını dəstəkləmir və qorumur, eyni zamanda Yaxın Şərqdə və dünyanın qalan hissəsində Avropanı İran rejiminin nüvə bombası əldə etməsindən qorumaq üçün liderlik edir", - deyə o, bildirib.

Ağ Ev sözçüsü müttəfiqlərin niyə risk etməli olduqları barədə suala "çünki bu ölkələr ABŞ ordusunun İran təhdidini aradan qaldırmasından böyük fayda əldə edirlər" deyə cavab verib.

Tahir TAĞIYEV

Seçilən
9
baki-xeber.com

1Mənbələr