Əksər ukraynalılar sülh naminə ərazi güzəştlərinə razıdırlar.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev deyib.
O, X səhifəsində Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) araşdırmasına şərh verərək yazıb:
"Dünya üçün yaxşı xəbər. Sorğuya görə, ukraynalıların 61%-i ərazi güzəştlərini, təhlükəsizlik zəmanətlərini, iqtisadi rifahı təmin etmək üçün tədbirlər paketini və 2027-ci ildə Aİ üzvlüyünü əhatə edən sülh müqaviləsini dəstəkləyəcək. Yalnız 10%-i əleyhinə səs verəcək".
Dmitriyev qeyd edib ki, insanlar Aİ-dəki müharibə qızışdırıcılarından fərqli olaraq sülh istəyirlər.
Anar