AZ

İran təslim olacaq, yoxsa müqavimət göstərəcək? -Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə, Con Kennedi və Donald Tramp adına Vaşinqton İfaçılıq Sənəti Mərkəzinin rəhbərliyinin iclasındakı çıxışı zamanı bildirib ki, İranın təhdidlərinin arxasında real güc dayanmır.

Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.

"Hazırda biz 'kağız pələng' ilə üz-üzəyik. İki həftə əvvəl vəziyyət belə deyildi", - deyə o qeyd edib.

"Kağız pələng"  vahiməli görünüşünün arxasında acizlik gizlənən şəxslərə münasibətdə işlədilən Çin metaforasıdır. Bu ifadə 1950-ci illərdə Çin Xalq Respublikasının sədri Mao Tszedun sayəsində populyarlaşıb. O, bu ifadəni xüsusilə amerikalılara münasibətdə istifadə edirdi.

Bundan əvvəl Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski belə bir ehtimal irəli sürüb ki, son telefon danışığı zamanı Amerika lideri Rusiya Prezidenti Vladimir Putindən İran münaqişəsinə müdaxilə etməməyi xahiş etmiş ola bilər.

Daha əvvəl isə ABŞ-da İranın Trampa mane olan "gizli kozırları" aşkar edilmişdi.

Xədicə BAXIŞLI

Seçilən
11
1
redaktor.az

2Mənbələr