"Bavariya" komandasının hücumçusu Luis Dias Almaniya çempionatında "Bayer" ilə oyunda 84-cü dəqiqədə meydandan qovulub.
90deqiqe.Az xəbər verir ki, kolumbiyalı futbolçu ikinci xəbərdarlığını simulyasiya səbəbindən alıb.
“Bavariya” apellyasiya vermişdi, lakin Almaniya Futbol İttifaqının idman məhkəməsi bu apellyasiyanı rədd edib. Məhkəmə qərara gəlib ki, Dias özü kontakt axtarıb və tapıb, yəni hakim qərarı tamamilə səhv olmayıb.
Beləliklə, Luis Dias bir oyunluq diskvalifikasiya ilə üzləşəcək və 21 martda "Union Berlin" qarşısında iştirak edə bilməyəcək.
Qeyd edək ki, matç 1:1 hesablı bərabərliklə bitib. Münhen klubu oyunu doqquz nəfərlə tamamlayıb – birinci hissənin sonunda Nikolas Cekson də qırmızı vərəqə alaraq meydandan çıxmışdı.