Cənubi Afrika Respublikası ABŞ-ın İranla əlaqələrin kəsilməsi ilə bağlı tələbini qəbul etməyəcəyini açıqlayıb.
News365.az xəbər verir ki, Cənubi Afrikanın Xarici İşlər üzrə baş direktoru Zane Dangor bildirib ki, Vaşinqtonun təzyiqlərinə baxmayaraq, ölkəsi İranla münasibətləri dayandırmaq niyyətində deyil.
Qeyd olunub ki, bu məsələ fonunda Pretoriya ilə Vaşinqton arasında gərginlik daha da artıb. Gərginliyin səbəbləri arasında Cənubi Afrikanın Qəzza ilə bağlı İsrailə qarşı qaldırdığı iddia, qaradərililərin hüquqlarının genişləndirilməsinə yönəlmiş qanunlar və ağdərili Cənubi Afrikalılar üçün təklif olunan qaçqın proqramı da var.