ABŞ-nin Ukrayna məsələsində Avropa ilə əməkdaşlıq etməsinə ehtiyac yoxdur, çünki bu münaqişə Amerika ərazisindən minlərlə mil uzaqda baş verir.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyanat verib.
Ağ Evdə jurnalistlərin suallarını cavablandıran dövlət başçısı bəzi NATO müttəfiqlərini Hörmüz boğazı ilə bağlı planlaşdırılan koalisiyaya qoşulmaq istəmədiklərinə görə tənqid edib: "Biz onları qoruyuruq. Ukrayna məsələsində onlarla birlikdə çalışırıq. Ukrayna bizdən minlərlə mil uzaqda, nəhəng bir okeanın o tayındadır. Biz bunu etməyə məcbur deyildik, amma etdik".
Tramp dəqiqləşdirib ki, Ukrayna mövzusunda Avropa ilə qarşılıqlı fəaliyyət qərarını əvvəlki prezident Co Bayden verib. "Sizinlə dürüst olacağam, bunu Bayden edib və onu sadəcə 'soyublar'. Lakin biz onlarla Ukrayna üzrə çalışdıq. İndi isə bizim onlarla Ukraynada əməkdaşlıq etməyimizə ehtiyac yoxdur", - deyə Amerika lideri avropalı tərəfdaşlarını nəzərdə tutaraq vurğulayıb.
"Onlar bizə deyirlər ki, Hörmüz boğazı zonasında mina axtaran gəmiləri var, amma əməliyyatda iştirak etmək istəmirlər?! Hesab edirəm ki, bu, dəhşətlidir. Mən çox təəccübləndim", - deyə Ağ Ev rəhbəri bildirib.
Bununla bağlı o, Böyük Britaniyanın hərəkətlərindən yenidən narazılığını ifadə edib. Trampın fikrincə, London ABŞ və İsrailin İrana qarşı əməliyyatını dəstəkləməyə hazır olduğunu çox gec bəyan edib: "Mən Birləşmiş Krallıqdan razı qalmadım