AZ

NATO Türkiyədə raketdən müdafiə sistemini gücləndirə bilər

NATO Türkiyədə raketdən müdafiə sistemini gücləndirməyi nəzərdən keçirir.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, bu məsələ ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatından sonra Yaxın Şərqdə gərginliyin artması fonunda müzakirə olunur. Bildirilir ki, Türkiyənin şərqində artıq bir "Patriot" raketdən müdafiə batareyası yerləşdirilib və NATO regiona daha bir sistem göndərməyi planlaşdırır.

Qeyd olunur ki, bu addımın məqsədi Türkiyəni qonşu İrandan qaynaqlanan mümkün təhdidlərdən qorumaqdır.

Seçilən
20
1
moderator.az

2Mənbələr