AZ

Paytaxt yollarında “zolaq“ davası VİDEO

ain.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Avtobus zolaqları bu gün paytaxtın bir çox küçə və prospektlərində mövcuddur.

Vətəndaşların mənzil başına rahat gedib-gəlmələri üçün istifadəyə verilən bu zolağa sürücülərin girməsi qadağan edilib. Zolağa girən sürücülər 100 manat məbləğində cərimə olunurlar. Lakin bəzi avtobus sürücüləri zolaq olduğu halda oradan istifadə etmirlər. Bu isə minik avtomobillərinin sürücülərini narahat edir.

"Zolaq olduğu halda niyə istifadə etmirsiniz?" sualını avtobus sürücüləri belə cavablandırıblar.

"Səbəb odur ki, qabaq bağlı olur. Məcbur olub çıxırıq. Əgər zolaq açıq olarsa, biz niyə çıxaq?!", - deyə avtobus sürücüsü Baku TV-yə bildirib.

Avtobus sürücülərinin öz zolaqları ilə getməməsini sürücülər də təsdiqləyiblər.

"Biz onların yoluna çıxanda 100 manat cərimə edirlər, amma bizim yolumuza çıxanda heç kim onları cərimələmir", - deyə sürücülərdən biri qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
2
moderator.az

3Mənbələr