AZ

Müharibədə indiyə qədər xərclənən vəsait açıqlandı

İrana qarşı hücumlar ABŞ-yə indiyə qədər 12 milyard dollara başa gəlib.Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-nin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett açıqlama verib. O, “CBS News”ə açıqlamasında ABŞ-nin hazırkı silah ehtiyatlarının kifayət qədər olduğunu iddia edib. Hassett bildirib ki, buna görə də, hələlik Konqresdən əlavə maliyyələşdirmə tələb etmək planlaşdırılmır. Onun sözlərinə görə, müharibə iranlıların iddia etdikləri kimi ABŞ iqtisadiyyatına zərər verməyəcək.

Hassett ABŞ-nin 1970-ci illərdən fərqli olaraq hazırda əsas neft istehsalçısı olduğunu bəyan edib.

Seçilən
78
metbuat.az

1Mənbələr