Novruz və Ramazan bayramı münasibətilə bəzi universitetlərdə əməkdaşlara bayram mükafatının verilməsi planlaşdırılır.
Bakıvaxtı.az Azedu.az-a istinadən xəbər verir ki, Sumqayıt Dövlət Universiteti (SDU) Novruz və Ramazan bayramları münasibətilə universitetdə çalışan bütün əməkdaşlara 400 manat, ailə üzvü və ya yaxın qohumu şəhid olmuş əməkdaşlara isə 500 manat məbləğində mükafat verib.
Mingəçevir Dövlət Universitetinin (MDU) bütün əməkdaşlarına Novruz və Ramazan bayramları münasibətilə 500 manat, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 450 manat, Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) əməkdaşın bir aylıq maaşının 40%-i qədər, Bakı Mühəndislik Universitetində (BMU) 300 manat, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 200 manat, Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim heyətinə 315, inzibati heyətə 190 manat mükafat ayrılıb.
Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Turizm və Menecement Universiteti (ATMU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Polis Akademiyası, Azərbaycan Texnologiya Universiteti (ATU), Qarabağ Universiteti (QU) və Azərbaycan İdman Akademiyası (AİA) da əməkdaşlarına bayram mükafatı təqdim edəcək, ancaq məbləğ açıqlanmayıb.