AZ

Laricaninin qızına “Green card” verilibmiş

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızı Fatimə Ərdəşir Laricani 2021-ci ildə Co Bayden administrasiyası dövründə yaşıl kart alıb.

NOCOMMENT.az xəbər verir ki, Daily Mail qəzetinin məlumatına görə, 2023-cü ildə ona ABŞ-ın Corciya ştatında 31 avqust 2026-cı ilə qədər qüvvədə olan tam tibbi lisenziya verilib.

Fatimə 2017-ci ildə ABŞ-a köçüb və İndiana Universitetində klinik tədqiqatlar üzrə magistr dərəcəsi almazdan əvvəl Ohayo ştatının Klivlend şəhərindəki Universitet Xəstəxanalarında təhsil almağa başlayıb.

Yanvarın sonlarında “Emory” Universiteti Fatimənin işinə xitam verildiyini açıqlayıb. “İranın yüksək vəzifəli hökumət məmurunun qızı olan həkim artıq “Emory” tərəfindən işə götürülmür”, – deyə universitet əlavə detalları açıqlamaqdan imtina edib.

Onun ABŞ-ni tərk etdiyi ehtimal olunur. ABŞ Daxili Təhlükəsizlik Departamenti şərh tələblərinə cavab verməyib.

Laricani ailəsinin Qərblə əlaqələri bundan da kənara çıxır. Belə ki, Laricaninin qardaşlarından biri, həkim Bager Ərdəşir Laricani 2017-ci ildə Kanadada daimi sakin statusu alıb. 2022-ci ildə ona ölkəni tərk etmək əmri verilib. Çünki o, beş il ərzində Kanadada tələb olunan 730 günü keçirməyib. /Unikal/

Seçilən
11
3
nocomment.az

4Mənbələr