AZ

Adebayo bir oyunda 83 (!) xal topladı!

“Mayami”nin mərkəz oyunçusu Bem Adebayo komandasının “Vaşinqton”a 150:129 hesabıyla qalib gəldiyi oyunda nə az, nə çox – 83 (!) xal topladı. İkiqat olimpiya çempionu həmçinin 9 ribaund, 3 məhsuldar ötürmə, 2 top ələ keçirmə və 2 blokla da yadda qaldı.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı amerikalı MBA-da 21-ci əsr üçün yeni rekord müəyyənləşdirdi. Buna qədər əsrin rekordu 2006-cı ildə “Toronto” ilə oyunda 81 xal toplayan “Leykers”in sabiq oyunçusu Kobi Brayanta məxsus idi. 83 xal MBA tarixində ən yüksək 2-ci göstəricidi. Adebayo yalnız 1962-ci ildə “Filadelfiya”nın heyətində 100 xal toplayan Uilt Çemberlendən geri qalır.

“Mayami”nin 2017 draftında 14 nömrə altında seçdiyi Adebayo oyundan sonra hisslərini belə ifadə edib:

“Mənim üçün ən vacib olan sakitliyi qorumaq, oyuna köklənmək və nəsə xüsusi bir şey edə biləcəyimi anlamaq idi. Düşünmürdüm ki, 83 xal toplaya bilərəm. Ancaq belə anı yaşamaq qeyri-adi hissdi. Evdə, anamın, yaxın adamların, azarkeşlərimizin gözü önündə bunu bacarmaq tarixdə qalacaq andı”.

“Mayami”nin baş məşqçisi Erik Spoelstra da Bemin uğuru ilə bağlı fikrini bölüşüb:

“Mütləq bir sürrealist gecə. Elə bu areanda bir çox möhtəşəm anların şahidi olmuşuq. Və belə anlardan daha biri yaşandı. Belə möhtəşəm olayın bir hissəsi olduğumuza, hər şeyi öz gözümüzlə gördüyümüzə görə Tanrıya minnətdaram. Bem 50 xal toplayanda düşündük ki, yaxşı bəlkə 60-a çata.60 xalı toplayanda qərar verdik: niyə də 70-ə çatmağı sınamasın?! 70-dən sonra isə artıq onu oyundan çıxarmağı düşünmədim də”.

Bu arada “Qolden Steyt” ulduz müdafiəçisi Stefen Karrinin sağ dizindəki problem üzündən ən azı 10 gün də yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb. Bu o deməkdi ki, 37 yaşlı amerikalı ən azı daha beş oyunda görünməyəcək. O, diz qapağının ətrafında şişkinlik və ağrı kimi əlamətlərlə özünü göstərən, adətən, atletlərdə müşahidə olunan patellofemoral ağrı sindromu səbəbindən ardıcıl 15 oyunu buraxıb.

Karri 2025/26 mövsümündə keçirdiyi 39 oyunda orta hesabla 27,2 xal toplayıb, 3,5 ribaund edib və 4,8 məhsuldar ötürmə verib.

11 mart
Filadelfiya 76 – Memfis 139:129 (32:32, 36:39, 30:33, 41:25)
Bruklin – Detroyt 100:138 (27:38, 13:35, 33:32, 27:33)
Mayami – Vaşinqton 150:129 (40:29, 36:33, 37:35, 37:32)
Hyuston – Toronto 113:99 (29:29, 29:20, 28:34, 27:16)
Atlanta – Dallas 124:112 (40:26, 24:27, 31:38, 29:21)
Miluoki – Finiks 114:129 (30:36, 35:26, 32:38, 17:29)
San-Antonio – Boston 125:116 (29:31, 29:27, 39:32, 28:26)
Qolden Steyt – Çikaqo 124:130 ОТ (30:26, 21:31, 32:32, 35:29, 6:12)
Portlend – Şarlott 101:103 (34:20, 21:26, 27:32, 19:25)
Sakramento – İndiana 114:109 (24:25, 18:34, 30:23, 42:27)
Leykers – Minnesota 120:106 (16:21, 29:24, 39:23, 36:38)

12 mart
Orlando – Klivlend 128:122 (38:35, 24:27, 34:27, 32:33)
Nyu-Orlean – Toronto 122:111 (29:30, 31:28, 33:25, 29:28)
Yuta – Nyu-York 117:134 (41:26, 24:30, 29:40, 23:38)
Denver – Hyuston 129:93 (24:20, 29:27, 40:22, 36:24)
Sakramento – Şarlott 109:117 (34:30, 28:29, 23:31, 24:27)
Klippers – Minnesota 153:128 (38:27, 36:38, 35:33, 44:30)
Seçilən
64
1
football-plus.az

2Mənbələr