AZ

Con Cons Uayta barmaq silkələdi

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Ağır çəkidə UFC çempionu Con Cons sosial şəbəkə hesabında qurumun prezidenti Dana Uaytın son açıqlamalarına cavab verib. "Football-plus.az"ın məlumatına görə, o, iyunun 14-də Ağ Evdə keçirilməsi planlaşdırılan turnirdə iştirakı ilə bağlı aparılan danışıqların detallarını açıqlayıb və UFC-dən azad olunmasını tələb edib. Cons tərəflər arasında razılığın əldə olunmamasını maliyyə şərtləri ilə əlaqələndirib:

“Dana, sən mənim Ağ Ev kartında olmadığıma görə narazı idin, amma gəl bəzi şeyləri dəqiqləşdirək. Mən və komandam bu döyüşlə bağlı UFC ilə real danışıq aparırdıq. Hətta mən ilkin istədiyim qonorardan geri çəkildim, bəs əvəzində mənə nə təklif olundu? Daha az məbləğ”.

Döyüşçü bud-çanaq oynağındakı artrit probleminin çıxışına mane olmadığını, hətta döyüşə hazırlaşmaq üçün xüsusi müalicə aldığını qeyd edib:

“Bəli, məndə artrit var və bu ağrılıdı, amma o demək deyil ki, döyüşə bilmərəm. Hətta ötən həftə hazırlaşmaq üçün kök hüceyrə müalicəsi aldım. Bu gün məşqə başlamalıydım. Anlayıram ki, bəzən razılaşmalar baş tutmur, lakin ictimaiyyətə yalan danışmaq düzgün deyil”.

UFC-yə verdiyi illərin qarşılığında rəhbərliyin onun haqqında “karyerası bitib” tərzində düşünməsindən məyus olduğunu deyən Cons təşkilatdan ayrılmaq istədiyini vurğulayıb:

“UFC həqiqətən bitdiyimi düşünürsə, elə bu gün müqaviləmi ləğv etsin. Daha heç bir intriqa, heç bir oyun istəmirəm”.

Qeyd edək ki, Dana Uayt bir neçə gün əvvəl UFC-nin Con Consu Ağ Ev turniri üçün variant kimi nəzərdən keçirmədiyini bildirmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
3
icma.az

4Mənbələr