AZ

İran daha bir ölkəni hədələdi

İran Rumıniyanı hədələyib.

Publika.az xəbər verir ki, ABŞ-ın ölkə ərazisində yerləşən hərbi bazalardan İrana qarşı əməliyyatlar üçün istifadə etməsinə icazə veriləcəyi halda, siyasi və hüquqi cavaba hazır olması barədə Rumıniyaya xəbərdarlıq edilib.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Bəqai həftəlik mətbuat konfransında bildirib: “Əgər Rumıniya ABŞ-a öz hərbi bazalarından istifadə etməyə icazə versə, bu, İrana qarşı hərbi təcavüzdə iştirak kimi qiymətləndiriləcək”.

Seçilən
66
publika.az

1Mənbələr