AZ

“Formula-1”də hər kəs yalnız özünü düşünür, bu mənada hamımız eqoistik” - Rassell qələbə qazandı, belə dedi

Ötən həftəsonu “Formula-1” üzrə dünya çempionatının yeni mövsümü start götürdü.

"Football-plus.az" xəbər verir ki, Avstraliya mərhələsinin qalibi Corc Rassell oldu. “Mersedes”in britaniyalı pilotu yarışdan sonra jurnalistlərin suallarını cavablayıb.

- Corc, təbrikləri qəbul et! Sən və “Mersedes” həftəsonunu əla keçirdiz. Səni hər şeydən çox nə məmnun etdi?
- Təsnifat mərhələsindəki üstünlüyümüz məni təəccübləndirdi. Əsas yarışda da temp və “Ferrari” ilə sıx mübarizə qış testlərindən sonra gördüyümüz mənzərəyə uyğun idi.

- İlk bölümdə “Ferrari” ilə əla mübarizə apardığınızı gördük. Ötən illə müqayisədə builki maşınlarda yarışmaq daha asandı?
- İmkanlar artıb, ancaq strategiya əsasında hərəkət etmək lazımdı. Albert-park kimi düz trassda gücü düzgün bölmək lazımdı... Tutaq ki, batareyanızın enerjisi 100 faizdi və onu dörd yerə bolməlisiz. Heç bir komanda hər bölgüyə 25 faiz ayırmır. Kimsə ilk bölümdə önə çıxmaq istəyir, başqası ikinci, o biri üçüncü bölümdə. Odu ki, bu iki komanda arasında çətin mübarizə getdi. Ümid edirəm ki, siz jurnalistlərin xoşuna gəldi.

- İlk dəfə çempionatda liderlik edirsiz. Zirvədə olmaq necə hissdi?
- İndi bu, sadəcə, bir yarışda qələbədi. Uzun mövsümün ilk mərhələsini arxada qoyduq. İlk mərhələdə qalib gəlsək də, bütün vəzifələrin öhdəsindən gələ bilmədik, odu ki, işi davam etdirmək lazımdı. Bundan daha pis çıxış etmədiyimizə görə bəxtimiz gətirdi.

- Necə hesab edirsiz, Şanxay və Suzuka mərhələləri qüvvələr nisbətini daha dəqiq müəyyənləşdirəcək?
- Melburn trassını ümumi mənzərədən kənara çıxarmaq lazımdı. Düzünü desəm, düşünmürəm ki, növbəti mərhələdə qüvvələr nisbəti ciddi şəkildə dəyişəcək. Ancaq komandaların yanaşması fərqli olacaq.

- Lando Norris dünən dedi ki, yaxşı maşınlardan pis maşınlara keçmişik. Belə açıqlama “Maklaren”in artıq heç bir üstünlüyünün olmamasına görə yaranan incikliyin nəticəsidi?
- Bilmirəm. O, Avstraliya mərhələsində qələbə qazansaydı, çətin ki, yeni qaydaları tənqid edərdi. Bilirsizmi, ötən il biz, bütün komandalar silkələnmədən gileylənirdi. “Maklaren”dən isə deyirdilər ki, bizdə silkələnmə yoxdu, halbuki biz bunun olduğunu görürdük. “Formula-1”də hər kəs yalnız özünü düşünür, bu mənada hamımız eqoistik. Bəlkə məsələ ondan ibarətdi ki, ötən il onlarda olan mühərrik bizdə də var idi, “Maklaren” qalib gəlməyi bacardı, indi isə biz artıq həmin mühərriklə qələbə qazanırıq. Bilmirəm. Bunlar bizim adi oyunlarımızdı.

Seçilən
62
1
football-plus.az

2Mənbələr