AZ

Tramp ABŞ-ni dəstəkləməyən müttəfiqləri tənqid edib

Ağ Ev rəhbəri Donald Tramp ABŞ-nin onilliklər boyu müdafiə etdiyi bəzi ölkələrin Vaşinqtona dəstək verməməsindən narazıdır.

"Report" xəbər verir ki, o, bu barədə Ağ Evdə Kennedi Mərkəzinin İdarəçilər Şurasının iclasında çıxışında danışıb.

"Düşünürəm ki, milyardlarla dollar xərcləyərək 40 ilə yaxın müddətdə qorumağımıza baxmayaraq bəzi ölkələr eyni addımı atmayacaq. Mən bu barədə Nümayəndələr Palatası və Senatı məlumatlandıracağam və soruşacağam ki, bizi qorumayan ölkələri niyə müdafiə edirik?", - o deyib.

ABŞ lideri həmçinin bildirib ki, bunu həmişə NATO-nun zəif nöqtəsi hesab edib.

Seçilən
50
6
aznews.az

7Mənbələr