AZ

Bu gün Torpaq çərşənbəsidir

Bu gün torpağın və həyatın oyandığı İlaxır çərşənbə - Torpaq çərşənbəsidir. Min illərdir ki, xalqımız yazın gəlişini bayram edir, əsrlərin sınağından çıxmış adət-ənənələri qoruyub yaşadır. XXI əsrdə yaşasaq da, milli adət-ənənələrimizi bu gün də sevə-sevə yaşatmaqla keçmişimizə hörmət, gələcəyimizə ümidlə baxırıq.İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir. Bu çərşənbəyə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” və ya “Torpaq çərşənbəsi” də deyilir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır.Qeyd edək ki, Novruz bayramı martın 20-si qeyd ediləcək.Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Seçilən
34
missiya.az

1Mənbələr