Bakı. Trend:
İlaxır çərşənbə Boz ayın dördüncü və sonuncu çərşənbəsidir. Buçərşənbə (Torpaq çərşənbəsi) Novruzun sonuncu və ən mühümmüjdəçisidir, torpağın oyanışı, bərəkət və canlanma rəmzidir.
İlaxır çərşənbə bəzi bölgələrdə Yel çərşənbəsi, bəzilərində isəTorpaq çərşənbəsi kimi qeyd edilir. Bu gün az qala Novruz bayramıqədər təntənəli şəkildə keçirilir. Hətta bəzi bölgələrdə İlaxırçərşənbə bayramdan daha böyük coşqu ilə qeyd olunur.
Mövzu ilə bağlı Trend-ə açıqlamasında folklorşünas Aynur Qəzənfərqızıbildirib ki, bu çərşənbədə xalq tonqal qalayır və ötən ilinqada-bəlasını tonqalın üzərindən tullanaraq “yandırdığına”inanır.
Folklorşünasın sözlərinə görə, İlaxır çərşənbənin adətlərindənbiri də lopa yandırmaqdır:
"Bu ənənə bu gün demək olar ki, unudulsa da, qədim adətlərdənhesab edilir. Tonqal bir il ərzində baş verən qada-bəlanınyandırılmasını, lopa isə həftənin yeddi gününü simvollaşdırır".
Aynur Qəzənfərqızı bayram süfrələrinin bəzədilməsindən dədanışıb:
"İlaxır çərşənbə süfrəsində mütləq səməni olmalı və müxtəlifşirniyyatlar düzülməlidir. Qərb bölgələrində bu gün üçün xüsusiolaraq qatlama adlı şirniyyat hazırlanır. Şərq bölgələrində isəşəkərbura, paxlava və qoğal bişirilir. Bu şirniyyatlar artıqAzərbaycanın bütün bölgələrində yayılıb.
Bayram süfrəsində plov da mütləq olmalıdır. Bundan əlavə,süfrəyə quru meyvələr qoyulur. Quru meyvələr ruzi-bərəkət vəbolluğun rəmzi sayılır".
İlaxır çərşənbənin özünəxas ritualları da var. Folklorşünasonların bəzilərini sadalayıb:
"İlaxır çərşənbə günü səhər erkəndən və axşamüstü evlərə təmizsu çilənməsi adəti var. Şər qarışanda evdəki dolabların vəfırınların qapısı açılır və təxminən 15–20 dəqiqə açıqsaxlanılır.
Bu gün insanların təmiz və yeni geyimlər geyinməsi, xoş sözlərdanışması tövsiyə edilir. Çünki İlaxır çərşənbə axşamı xalqarasında qapıpusma adəti həyata keçirilir.
Qapıpusma adəti
Qapıpusma zamanı uşaqlar və gənclər qapılara papaq atırlar.Atılan papaqları boş qaytarmaq olmaz. İmkan daxilində papağaşirniyyat və ya başqa pay qoyulmalıdır. Papağı doldurub geriqaytarmaq bolluq və bərəkət gətirdiyinə inanılır.
İnanclara görə, bu gecə evdə hansı sözlər danışılırsa, ilinqalan hissəsi də həmin abu-havada keçir. Qapıpusma adətininmahiyyəti də məhz bu düşüncə ilə bağlıdır".
Cərşənbənin ən vacib elementi - Vəsfi-halfalı
"Bəzi bölgələrdə İlaxır çərşənbə axşamı vəsfi-hal mərasimikeçirilir. Bu, bir növ fal ənənəsidir. Bir kasaya su doldurulur vəqadınlar öz zinət əşyalarını suya ataraq dilək tuturlar. Daha sonrabir bayatı söylənilir və bayatını deyən qadın kasadan bir zinətəşyası çıxarır.
Kasadan çıxan əşya kimə məxsusdursa, həmin bayatı o qadınınqarşıdakı bir ildə yaşayacaqlarını simvolizə etdiyi kimiyozulur".
Digər bayram adətləri:
"İlaxır çərşənbədə yumurta döyüşdürmək də geniş yayılmışadətlərdən biridir. Bundan əlavə, subay qızlar müxtəlif falnövlərinə – üzük falı və duzlu kökə falına baxırlar.
Unudulmuş adətlərdən biri də qurşaq sallamaqdır. Bu adət sonralarpapaqatma ilə eyni məna kəsb etməyə başlayıb".
Aynur Qəzənfərqızı İlaxır çərşənbədə təbiətdə baş verəndəyişikliklərə də diqqət çəkib:
"İlaxır çərşənbə həm də təbiətdə dəyişikliklərin hiss olunduğu birdövrə təsadüf edir. Bu günlərdə havanın tez-tez sərt və küləkliolması müşahidə olunur ki, bu da yazın gəlişinin əlamətlərindənsayılır".
Barış və birlik ənənəsi
"İlaxır çərşənbədə küsülü insanların barışması vacib hesabolunur. Qədim Şumer mətnlərində də yeni il bayramı zamanıinsanların barışdığı, birlikdə şənlik etdiyi qeyd olunur.
İnsan tək qaldıqca depressiyaya meylli olur, çünki insana insanlazımdır. Buna görə də bayram günlərini birlikdə, şənlik və sevinciçində qeyd etmək böyük əhəmiyyət daşıyır".
Çərşənbəniz mübarək!