AZ

Polşada arxeoloqlar qədim şəhərin qalıqlarını tapdılar

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Arxeoloqlar meşəlik ərazidə orta əsrlərdə mövcud olmuş Ştoltsenberq şəhərinin qalıqlarını tapıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin bir neçə əsr idi yeri məlum deyildi.

Qalıqlar Slavoborje kəndi yaxınlığında, tarixi Pomeraniya və Noyberk regionlarının sərhədində aşkarlanıb. Yeri gəlmişkən, bu regionlar Polşa və Almaniya arasında uzun müddət mübahisə və münaqişə yaradıb.

Ştoltsenberq haqqında son məlumatlar 14-15-ci əsrlərə aiddir. Bu günə kimi 400 artefakt tapılıb. Onların arasında bürünc dövrünə aid əşyalar da var.

Qeyd edək ki, arxeoloqlar artıq, şəhər və sakinləri haqqında bir çox məlumatlar əldə edə biliblər. Hazırda arxeoloji qazıntılar davam etdirilir.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
525.az

1Mənbələr