AZ

Yutub istifadəçiləri reklama məcbur baxacaq

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Dünyanın ən böyük video platformalarından biri olan yutub televizor üzərindən videolara baxan istifadəçilər üçün yeni reklam formatını tətbiq etməyə başlayır.

Axşam.az xəbər verir ki, yeniliyə əsasən, istifadəçilərə 30 saniyəlik atlana bilməyən reklamlar göstəriləcək.

Yeni formatda izləyicilər əvvəlki kimi “Reklamı keç” düyməsindən istifadə edə bilməyəcəklər. Bu isə o deməkdir ki, istifadəçilər videoya davam etməzdən əvvəl reklamın tamamlanmasını gözləməli olacaqlar.

Analitiklərin proqnozlarına görə, platformanın getdikcə daha aqressiv reklam strategiyalarına keçməsi yutubun reklam gəlirlərini əhəmiyyətli dərəcədə artırır. Məlumatlara əsasən, platformanın ümumi gəliri 60 milyard dollardan çoxdur və bu göstərici bəzi ənənəvi media nəhənglərini, o cümlədən "Disney" kimi şirkətləri belə geridə qoyur.

Mütəxəssislər hesab edirlər ki, bu addımın digər məqsədi də istifadəçiləri reklamsız təcrübə təqdim edən ödənişli "Yutub Premium" xidmətinə keçməyə təşviq etməkdir.

Yeni reklam formatının mərhələli şəkildə tətbiq olunacağı və ilkin olaraq televizor və smart TV üzərindən yutub izləyən istifadəçilərə göstəriləcəyi bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
axsam.az

1Mənbələr