AZ

Aqrar sektorda qalmaqallı müqavilə – kim məsuliyyət daşıyır?

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tabeliyindəki Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması məqsədilə irimiqyaslı satınalma həyata keçirib.

NOCOMMENT.az xəbər verir ki, Mərkəzə məxsus “Mitsubishi L 200” markalı pikapların texniki servisi üçün ixtisaslaşmış şirkət seçilib.

Satınalma prosesinin nəticəsi olaraq, Agentlik ilə “Diamond Motors” MMC arasında rəsmi müqavilə imzalanıb. Müqavilənin ümumi dəyəri 105.689,09 AZN təşkil edir.

Qeyd edək ki, nizamnamə kapitalı 200 AZn olan şirkətin qanuni təsmilçisi RƏŞAD ƏLİYEV AKİF OĞLUdur.

Kənd Təsərrüfatı Nazirliyinə Məcnun Məmmədov, Aqrar Xidmətlər Agentliyinə isə Sərdar Hacıyev rəhbərlik edir.

Xatırladaq ki, 2024-cü ildə “Mitsubishi Motors”un Azərbaycandakı rəsmi dileri “Diamond Motors” MMC-yə qarşı valyuta vəsaitlərinin xaricdən geri qaytarılmaması səbəbindən cərimə protokolu tərtib edilib. Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini pozaraq, avans yolu ilə xaricə köçürülmüş vəsaitin müqabilində qanunla müəyyən edilmiş iki il ərzində malları ölkəyə idxal etməməkdə ittiham olunub. Hüquqi tənzimləmələrə əsasən, bu növ xətalar ölkədən qanunsuz valyuta çıxarılmasının qarşısını almaq məqsədi daşıyır və şirkətlər üçün köçürülən məbləğin 20 faizindən 30 faizinədək yüksək məbləğdə cərimələr nəzərdə tutur. /32gun.az/

Seçilən
84
nocomment.az

1Mənbələr