ain.az, 525.az portalına istinadən məlumat yayır.
Keniyanın müxtəlif regionlarında 1 həftəyə yaxındır yağan leysan yağışlar ciddi fəsadlar yaradıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, daşqınlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 66-a çatıb.
Ölü sayının artması ehtimalı böyükdür. Xilasedicilər itkin düşmüş hesab edilənlərin axtarışı ilə məşğuldur.
Həyatını itirənlərin təxmini yarısı paytaxt Nayrobinin sakinləridir. Şəhərdə bir neçə körpü dağılıb, magistral yolları, evləri və digər tikililəri su basıb.
Şəhər rəhbərliyi aşağı rayonlarda yaşayan əhalini təxliyə edib. 2 mindən çox sakin evlərindən çıxmaq məcburiyyətində qalıb. Keniya prezidenti Uilyam Ruto zərərçəkənlərin ərzaq, dərman və digər vacib ləvazimatlarla təchiz olunması barədə göstəriş verib.
Qeyd edək ki, qonşu Efiopiyada da eyni vəziyyətdir. Burada təbii fəlakət 100-dən çox insanın ölümünə səbəb olub.
L.Tağıyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.