AZ

Dmanisidə müsəlman icması üçün iftar süfrəsi

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tbilisi, 17 mart, AZƏRTAC

Gürcüstanın Kvemo Kartli bölgəsinin Dmanisi rayonunda ilk dəfə müsəlman icması üçün iftar süfrəsi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə dini ayinlər icra olunub.

Dmanisi meri Koba Muradaşvili tədbir iştirakçılarını Ramazan bayramı münasibətilə təbrik edib, onlara sülh və rifah arzulayıb.

Bildirib ki, Ramazan paklıq və birlik ayıdır. Sevindirici haldır ki, bu bayramı gürcülər də azərbaycanlı qardaşları ilə birlikdə qeyd edirlər. Bu bir daha bizim xalqlarımız arasındakı möhkəm dostluğun və qardaşlığın nümunəsidir.

Gürcüstan parlamentinin deputatı David Şerazadişvili, bələdiyyə sədri Paata Quliaşvili və başqaları çıxış edərək müsəlmanları bayram münasibətilə təbrik ediblər.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev, müfti Etibar Eminov çıxış edərək göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
azertag.az

1Mənbələr