AZ

“Fiorentina” autsayderlərin matçında “Kremoneze”ni darmadağın edib

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Fiorentina” İtaliya çempionatının 29-cu turunda “Kremoneze” üzərində inamlı qələbə qazanıb.

İdman.Biz-in məlumatına görə, matç 4:1 hesabı ilə başa çatıb.

Qonaqlar 25-ci dəqiqədə hesabı açıblar, Fabiano Parisi qol vurdu. Yeddi dəqiqə sonra Roberto Pikkoli “Fiorentina”nın üstünlüyünü ikiqat artırıb.

49-cu dəqiqədə Dodo üçüncü qolu vurub. Səkkiz dəqiqə sonra David Okereke fərqi azaldıb. Lakin 70-ci dəqiqədə Qudmundsson hesabı 4:1 edib.

Ardıcıl dördüncü məğlubiyyətindən sonra “Kremoneze” düşmə zonasında qalır. “Fiorentina” turnir cədvəlində sondan beşinci yerdədir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
1
icma.az

2Mənbələr