AZ

KİV: Əraqçi və Uitkoff son günlər birbaşa təmasları bərpa ediblər

ain.az bildirir, Oxu.az portalına istinadən.

İranın xarici işlər naziri Abbas Əraqçı ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında son günlər birbaşa təmaslar yenidən başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Mənbələrin sözlərinə görə, tərəflər arasında təxminən iki həftə əvvəl başlayan müharibədən sonra ilk dəfə birbaşa əlaqə kanalı yenidən aktivləşib. Bildirilir ki, Əraqçı göndərdiyi mesajlarda əsas diqqəti müharibənin dayandırılmasına yönəldib.

Qeyd olunur ki, ABŞ İranın Vaşinqtondan təzminat tələbini rədd edir, lakin eyni zamanda Tehranla razılaşma əldə olunması ehtimalını da istisna etmir.

İranın "Tasnim" agentliyi isə "Axios" portalının İran və ABŞ arasında birbaşa əlaqənin bərpa edilməsi ilə bağlı yaydığı məlumatın həqiqətəuyğun olmadığını bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
96
36
oxu.az

10Mənbələr