AZ

Gürcüstan iqtisadi və siyasi baxımdan inkişaf edir - Kobaxidze

Bakı. Trend:

Gürcüstan iqtisadi və siyasi baxımdan inkişaf edir.

Trend xəbər verir ki, bunuGürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlayıb.

O bildirib ki, Gürcüstan hakimiyyəti ölkəni təxribatlardanqorumaq üçün daim hazırlıq vəziyyətindədir.

“Rustavi 2” telekanalında yayımlanan debat zamanı Baş nazir qeydedib ki, bəzi siyasi qüvvələr ölkədə qütbləşməni gücləndirməyəçalışır və bu proses xaricdən dəstəklənir.

Kobaxidze vurğulayıb ki, hakimiyyət həm dövlətə, həm də kilsəyəyönələn təxribatların qarşısını almağa çalışır. Ölkə üzərində cidditəzyiqlər mövcud olub, o cümlədən Gürcüstanın müharibəyə cəlbolunması və sanksiyalara məruz qalması ilə bağlı çağırışlarsəslənib.

Baş nazir əlavə edib ki, bəzi beynəlxalq qərarlar da Gürcüstanüçün ədalətsiz olub.

Seçilən
72
az.trend.az

1Mənbələr