ain.az, Idman.biz saytına istinadən bildirir.
İspaniya futbol çempionatının 28-ci turunun son oyununda “Rayo Valyekano” “Levante” ilə heç-heçə edib.
İdman.Biz-in məlumatına görə, oyun 1:1 hesabı ilə başa çatıb.
41-ci dəqiqədə Karlos Espi topu qapıya göndərib - 0:1. 90+4-cü dəqiqədə “Rayo Valyekano”dan Pate Sissa hesabı bərabərləşdirib.
Bu heç-heçədən sonra “Rayo Valyekano” La Liqa turnir cədvəlində 13-cü yerdə qərarlaşıb, “Levante” isə sonuncu yerdədir.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.